Ermənistan Türkiyəyə bu şəxslər üçün quru sərhədinin açılmasını təklif edibbackend

Ermənistan Türkiyəyə bu şəxslər üçün quru sərhədinin açılmasını təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına dair ilk mərhələdə diplomatik pasportu olan şəxslər üçün quru sərhədini açmağı təklif edib”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Armenpress”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə bu məsələ ilə bağlı qərar verməyə tələsmir: “Ümid edirik ki, bu məsələ ilə bağlı nəticə əldə etmək mümkün olacaq”.

Unanyan, həmçinin qeyd edib ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında növbəti görüş Vyanada keçirilə bilər.