Ermənistan uğursuzluğunu qəbul edir: Hər yerdə xaos hökm sürürbackend

Ermənistan uğursuzluğunu qəbul edir: Hər yerdə xaos hökm sürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün ölkə casuslarla dolub-daşır”

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu “Ermənistan” blokundan deputatlığa namizəd Vage Akopyan bildirib.

Abovyan şəhərində seçkiqabağı təşviqat zamanı keçirdiyi mitinqdə çıxış edərkən o deyib: “Bu sürətlə azərbaycanlılar sabah İrəvana çatacaqlar”.

Akopyan Ermənistan hakimiyyət orqanlarının, koronavirusla mübarizə daxil olmaqla, bütün sahələrdə uğursuz olduğunu qeyd edib.

“Xalqı müharibədə məğlub olmağa yönəltdilər. Hələ neçə qurbanımızın olduğu və neçə nəfərin itkin düşdüyü bəlli deyil. Hər yerdə xaos hökm sürür. 20 iyun tarixində bu biabırçı səhifəni bağlayacağıq. Nikola və əlaltılarına “yox” deyirik”, – deyə Akopyan əlavə edib.