“Ermənistan və Azərbaycan razılaşmaya yaxındır” – Hakan Fidanbackend

“Ermənistan və Azərbaycan razılaşmaya yaxındır” – Hakan Fidan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycan razılaşmaya yaxındır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Türkiyə” qəzetinə bildirib.

Onun sözlərinə görə, Ankara sülh yolu ilə nizamlanmanı Cənubi Qafqazda sabitliyin mühüm amili hesab edir.

Xatırladaq ki, noyabrın 5-də Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb. Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər razılaşdırılmış məqamları imzalamağa və qalanları üzərində işləməyə hazır olduğunu bəyan edib.