Ermənistan və KTMT arasında ziddiyyətbackend

Ermənistan və KTMT arasında ziddiyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan son vaxtlar sərt tənqid etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı mövqeyindən geri çəkilib.

NOCOMMENT xəbər verir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı mövqeyindən geri çəkilib.

Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan Ermənistanın təşkilatdakı baş katibin müavini kvotasından rəsmən imtina etdiyini açıqlayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da Azərbaycanla münaqişə ilə əlaqədar Ermənistanda keçirilməsi planlaşdırılan KTMT təlimini “uyğun” saymadıqlarını və ölkə ərazisində keçirilməsindən imtina etdiklərini bildirib. Ermənistan administrasiyası KTMT-ni İkinci Qarabağ müharibəsi zamanı passiv olmaqda və Ermənistana kifayət qədər dəstək verməməkdə ittiham edib.