Ermənistan və Rusiya eyni dildə danışmır – Mirzoyan backend

Ermənistan və Rusiya eyni dildə danışmır – Mirzoyan 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan və Rusiya “eyni dildə danışmır”, onların arasında fikir ayrılıqları var”.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan belə deyib.

Bildirib ki, ölkələr arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir, təhlükəsizlik sahəsində yaxşı əlaqələr qorunur. Amma Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək olmaz. Nazir Ermənistanın NATO ilə münasibətlərinə də toxunub.

Qeyd edib ki, İrəvan alyansla qarşılıqlı əlaqədədir. Lakin təşkilata daxil olmaq planları yoxdur, bu məsələ gündəmdə deyil.