Ermənistan və separatçılar terrorçularla əlbir olduqlarını qanuniləşdirirlərbackend

Ermənistan və separatçılar terrorçularla əlbir olduqlarını qanuniləşdirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı rejim “peşəkar ordu” formalaşdırmaq üçün “qanun layihəsini” qəbul edib.

NOCOMMENT xəbər verir ki, bu barədə qondarma ölkənin başçısı Araik Arutyunyan feysbuk hesabında məlumat paylaşıb.

Bildirilib ki, həmin qanunla muzdluların işğal altında olan torpaqlarda Azərbaycana qarşı döyüşməsi nəzərdə tutulub.

Ermənistan hakmiyyəti və separatçılar bu “sənəd” vasitəsi ilə Qarabağda terrorçular və muzdluların döyüşdüyünü etiraf edirlər. Separatçı rejim terrorçuların və muzdluların fəaliyyətinə bu yolla “hüquqi” don geyindirməyə çalışır.

Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejim qanunsuz strukturdur. Onun “peşəkar ordu” yaratmaq adı altında atdığı addımın da hüquqi əsası yoxdur. Odur ki, Qarabağdakı qanunsuz rejim “peşəkar ordu” adı altında xaricdən daha çox muzdlu gətirib və onların sayını artırmağı planlaşdırır.