Ermənistan xarici işlər naziri: Biz hazırıq, Ankaranın şərtləri var…backend

Ermənistan xarici işlər naziri: Biz hazırıq, Ankaranın şərtləri var…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə ilə ilkin şərt olmadan münasibətlərimizi normallaşdırmağa hazırıq, bunu dəfələrlə bəyan etmişik”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Fransanın “Le Fiqaro” qəzetinə müsahibəsində Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Biz dialoqun başlaması üçün Türkiyədən müsbət siqnallar almışıq, amma vəziyyət hələlik mürəkkəbdir. Ankaranın yeni şərtləri var. Bunların arasında Azərbaycanla Naxçıvanı birləşdirən dəhliz də mövcuddur”, – deyə Mirzoyan bildirib.

Bu dəhliz haqda danışan nazir qeyd edib ki, dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq tranzitə icazə verməlidirlər: “Bölgədəki bütün kommunikasiya kanalları yenidən açılmalıdır”.