Ermənistan Xarici İşlər naziri sabah Moskvaya səfər edəcək – Hansı növ silah gətirəcək?backend

Ermənistan Xarici İşlər naziri sabah Moskvaya səfər edəcək – Hansı növ silah gətirəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan sabah Moskvaya səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Rusiyadakı səfiri təsdiqləyib.

O bildirib ki, Mnatsakanyanın bu rəsmi səfəri 9 oktyabrda baş tutan üçtərəfli görüşdən öncə planlaşdırılmışdı.

Qeyd edək ki, Z.Mnatsakanyanın Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşündən ayrıldıqdan sonra, 10 oktyabrda Ermənistana qayıdarkən istifadə etdiyi Ermənistan hökumətinə məxsus mülki təyyarə ilə İrəvana silah daşındığı ortaya çıxıb. Bu baxımdan Mnatsakanyanın sabahkı “səfəri”nin də mülki təyyarədən istifadə ilə silah daşınması üçün edilməsi ciddi ehtimaldır. Axar.az