Ermənistan Xeyrımlıda minaları zərərsizləşdirirbackend

Ermənistan Xeyrımlıda minaları zərərsizləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistanın Tavuş vilayətinin Kirants (Xeyrımlı) kəndi yaxınlığında minalar zərərsizləşdiriləcək.

NOCOMMENT.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, partlayış işləri kənddən 1800 metr şimalda aparılacaq.

Nazirliyin məlumatına görə, partlayış işləri Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası çərçivəsində həyata keçiriləcək.