Ermənistan XİN bölgədə Türkiyənin qeyri-stabillik yaratmaq cəhdlərini pisləyibbackend

Ermənistan XİN bölgədə Türkiyənin qeyri-stabillik yaratmaq cəhdlərini pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurma barədə Türkiyə XİN-in dünənki bəyanatı ilə bağlı açıqlama yayıb.

NOCOMMENT xatırladır ki, dünən Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycana rəsmi dəstəyini bildirmişdi. Bu gün Ermənistanın xarici siyasət qurumu qonşu dövləti yalan məlumat yaymaqda və əks tərəfi dəstəkləməkdə ittiham edib.

XİN-in yaydığı açıqlamasında deyilir: “Türkiyənin bu cür təxribatçı davranışı və Ermənistana qarşı əsassız ittihamları bir daha bu ölkənin ATƏT-in Minsk qrupunun üzvü deyil, məhz Dağlıq Qarabağ münaqişəsinin iştirakçısı olduğunu təsdiqləyir. Bu fakt, Türkiyənin Qarabağ münaqişəsində, xüsusən də ATƏT çərçivəsində hər hansı bir formada beynəlxalq iştirakının mümkünsüzlüyünü daha da artırır”.

Ermənistan XİN hesab edir ki, Türkiyənin qonşu bölgələrdəki münaqişələrə müdaxilə etmək istəyi artıq təhlükəsizliyin pozulmasına və bu bölgələrdə qeyri-stabilliyin yayılmasına səbəb olub.

“Türkiyənin bölgəmizdə qeyri-stabilliyi qızışdırmaq cəhdlərini qətiyyətlə qınayırıq və təsdiq edirik ki, Ermənistan Respublikası beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq edərək, beynəlxalq və regional təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi mütəmadi fəaliyyətini davam etdirəcək”, – deyə açıqlamada qeyd olunub.