Ermənistan XİN-dən Çavuşoğlunun açıqlamasına münasibətbackend

Ermənistan XİN-dən Çavuşoğlunun açıqlamasına münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun İrəvanla münasibətlərin nizamlanması üçün xüsusi nümayəndənin təyin edilməsinə dair açıqlamasını alqışlayır”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə dialoqun başlaması üçün öz xüsusi nümayəndəsini təyin edəcək.

“Ermənistan ilkin şərtlər olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə hazırdır. Bu, Ermənistan hökumətinin proqramında da öz əksini tapıb. Bununla əlaqədar olaraq, Türkiyənin XİN rəhbərinin münasibətlərin nizamlanması üçün xüsusi nümayəndənin təyin edilməsinə dair açıqlamasını alqışlayır və təsdiq edirik ki, Ermənistan tərəfi də dialoqun başlaması üçün xüsusi nümayəndəsini təyin edəcək”, – deyə Unanyan bildirib.