Ermənistan XİN Mirzoyanın Bayramov və Çavuşoğlu ilə görüşünü şərh edibbackend

Ermənistan XİN Mirzoyanın Bayramov və Çavuşoğlu ilə görüşünü şərh edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyasının açılışından əvvəl bir neçə ölkənin nazirləri arasında qısa görüş baş tutub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan baş tutan görüşü şərh edib.

Onun sözlərinə görə, Ararat Mirzoyan ilə Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında görüş rəsmi təmas sayıla bilməz. Bu barədə yalnız Azərbaycan mətbuatında məlumatlar yayılıb.

“Mirzoyanın Türkiyə və Azərbaycanın xarici işlər nazirləri ilə “üçtərəfli” görüşünü eynilə dördtərəfli, hansısa məqamda beştərəfli, üçtərəfli – amma fərqli formatda, və sair hesab etmək olar”, – deyə Unanyan fikrini tamamlayıb..

Onun fikrincə, ATƏT-in sammitinin açılış mərasimindən əvvəl Ermənistan, Avstriya, Türkiyə, Azərbaycan xarici işlər nazirləri və Aİ-nin ali komissarı protokol etiketi çərçivəsində sadəcə “ayaqüstə” danışıblar.

Sonda o bir daha qeyd edib ki, Azərbaycan mətbuatında bu görüşlə bağlı yazılar şişirdilib.