Ermənistan XİN rəsmisi: Azərbaycanla kommunikasiya xəttinin özəl mühafizə agentliyinin qoruyacağı istisna deyilbackend

Ermənistan XİN rəsmisi: Azərbaycanla kommunikasiya xəttinin özəl mühafizə agentliyinin qoruyacağı istisna deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinin təmin olunmasının özəl mühafizə şirkətinə verilməsi istisna edilmir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdə jurnalistlərə baş nazir Nikol Paşinyanın avqustun 31-də məsələ ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Nazir müavini bunun Ermənistanın suverenliyini pozmadığını bildirib.

Qeyd edək ki, N.Paşinyan kommunikasiya xəttinin mühafizəsini özəl təhlükəsizlik agentlərinə həvalə edilə biləcəyinin mümkünlüyünü açıqlayıb.