Ermənistan yenə də Qarabağa maliyyə AYIRDIbackend

Ermənistan yenə də Qarabağa maliyyə AYIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə Ermənistan büdcəsindən Qarabağdakı seaparatçı rejimə maliyyə yardımının həcmi dəyişməyəcək və 144 milyard dram (təxminən 355 milyon dollar) təşkil edəcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan ölkə parlamentində 2023-cü il dövlət büdcəsi layihəsinə dair dinləmələrdə deyib.

Onun sözlərinə görə, yardımın həcmi 2022-ci ildə olduğu kimi qalacaq. Bu il Qarabağda maliyyə xərclərinin bir hissəsi birdəfəlik (infrastrukturun bərpası və mənzil tikintisi) olub. 2023-cü ildə bu xərclər o qədər də böyük olmayacaq, ona görə də Qarabağa ayrılan yardımlar digər xərclər üçün daha böyük həcmdə istifadə oluna biləcək.

Nazir qeyd edib ki, Maliyyə Nazirliyi vaxtaşırı Xankəndidəki rejimlə vəziyyəti müzakirə edir və lazım gəldikdə maliyyə artırılır. Belə ki, 2022-ci il ərzində dəstək şəklində əlavə olaraq 20 milyard dram ayrılıb. Oxşar qərarlar 2023-cü ildə də verilə bilər.