Ermənistanda baş nazir Nikol Paşinyanın qərarı ilə Metsamor Atom Elektrik Stansiyasında yeni nüvə reaktorunun tikintisi imkanlarını araşdırmaq üçün qurumlararası işçi qrupu yaradılacaq.
NOCOMMENT xəbər verir ki, Ermənistan hökumətinin saytında dərc olunmuş fərmana uyğun olaraq, işçi qrup mövcud AES-də yeni atom enerji blokunun tikintisi, yerləşdiriləcək kiçik modul reaktorların yararlılığı və lazımi texnologiyaların seçilməsi ilə bağlı araşdırma aparacaq.
İşçi qrupunun rəhbəri hər iki aydan bir baş nazir aparatına fəaliyyəti ilə bağlı məlumat təqdim edəcək.