Ermənistan Zəngəzur dəhlizi əvəzinə üç məntəqə təklif edirbackend

Ermənistan Zəngəzur dəhlizi əvəzinə üç məntəqə təklif edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan yenə Azərbaycanla sərhəddə üç buraxılış məntəqəsi təklif edir

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan parlamentdə keçirdiyi brifinqdə deyib.

O bəyan edib ki, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması gündəliyi Ermənistan hökuməti üçün məqbuldur və onun həyata keçirilməsi üçün artıq lazımi tədbirlər görülüb.

“Əgər Azərbaycan tərəfi bu keçid məntəqələrinin xidmətlərindən istifadə etməyə hazırdırsa, o zaman Ermənistan tərəfi də onları təmin etməyə hazırdır”.

Badasyan bildirib ki, artıq sərhəd-keçid məntəqələri və nəzarət rejimləri yaradılıb.

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 4-də bəyan edib ki, Ermənistan Naxçıvanla Azərbaycan arasında rabitəni təmin etməyə hazırdır. Bununla bağlı o, bir sıra tapşırıqlar verib. Avqustun 18-də hüquqi aktların elektron layihəsinin dərci üçün vahid internet saytında hökumətin qərar layihəsi yerləşdirilib. Təklif olunan layihəyə əsasən, avtomobillə sərhəd-keçid məntəqələrinin sayı artırılacaq. Nəzarət-buraxılış məntəqələrinin yerinə gəlincə, Ermənistan Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazdəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib.

Layihənin ictimai müzakirəsi üçün nəzərdə tutulan müddət başa çatıb, lakin hələ də hökumətin gündəliyinə salınmayıb.

Azərbaycan tərəfi isə Naxçıvanla əlaqənin “Zəngəzur dəhlizi” vasitəsilə qurulmasında israr edir. Rəsmi Bakı bu dəhlizin Mehri rayonu ərazisindən açılmasını istəyir.