Ermənistan Zəngəzur dəhlizinə xərcləyəcəyi vəsaiti AÇIQLADIbackend

Ermənistan Zəngəzur dəhlizinə xərcləyəcəyi vəsaiti AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ərazisində Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryolunun bərpası üçün xərclər təxminən 226 milyon dollar təşkil edəcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən bildirlib.

Mehri bölgəsində həyata keçiriləcək işlər, ilkin məlumatlara görə, təxminən 221 milyon dollara başa gələcək, dəmiryolunun bu hissəsinin uzunluğu təxminən 45 kilometr olacaq.

Bundan əlavə, Arazdəyən ərazisində (ermənilər Yerasx adlandırır) təxminən 1 kilometr ərazinin bərpası üçün 5 milyon dollar lazım olacaq.

“Hesablamalar əvvəlki infrastruktur (stansiyalar və s.) nəzərə alınmaqla aparılıb”, – deyə məlumatda bildirilib.

Eyni zamanda, nazirlik əlavə edib ki, əlavə infrastrukturun yaradılmasından və dəqiq qiymətdən yalnız layihənin texniki-iqtisadi əsaslandırması hazırlanacağı təqdirdə danışmaq mümkün olacaq.