Ermənistana məxsus növbəti taktiki PUA məhv edilibbackend

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 17-də gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

Bu barədə NOCOMMENT-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Düşmənin növbəti PUA-sı Hava Hücumundan müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib”, – deyə məlumatda bildirilib.