Ermənistana məxsus pilotsuz uçuş aparatı ələ keçirilibbackend

Ermənistana məxsus pilotsuz uçuş aparatı ələ keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan mövqeləri üzərində kəşfiyyat uçuşu həyata keçirən Ermənistana məxsus pilotsuz uçuş aparatı ələ keçirilib

NOCOMMENT xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter pilotsuz təyyarənin Azərbaycan ordusunun mövqeləri üzərində kəşfiyyat uçuşu həyata keçirməyə cəhd edərkən ələ keçirildiyi, Ermənistanın Azərbaycan sərhədində təxribatlarını davam etdirdiyi açıqlanıb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter pilotsuz uçan aparatın ələ keçirildiyini açıqlayıb:

“Paşalı rayonunun Sultanbəy qəsəbəsi istiqamətindən buraxılan Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Şahbuz rayonunun Türkəs qəsəbəsi istiqamətində Azərbaycan ordusunun bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat uçuşu həyata keçirməyə cəhd edib. ”

Nazirlik Azərbaycanın hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar edilən kvadrokopter pilotsuz uçuş aparatının xüsusi texniki vasitələrlə vurularaq zərərsizləşdirildiyini açıqlayıb.