Ermənistanda alkoqollu zəhərlənmələrdən ölənlərin sayı artırbackend

Ermənistanda alkoqollu zəhərlənmələrdən ölənlərin sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda avqustun 31-dən sentyabrın 12-dək alkoqollu içkilərdən 46 zəhərlənmə hadisəsi qeydə alınıb.

NOCOMMENT erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, zəhərlənmə hadisələrindən 21-i ölümlə nəticələnib. Eyni zamanda daha 25 nəfər müalicə alaraq, xəstəxanalardan evə buraxılıb.

Nazirlik vətəndaşları zavod istehsalı olmayan, naməlum mənşəli içkilərdən istifadə etməməyə çağırıb.

Xatırladaq ki, etil spirti ilə zəhərlənmələr vaxtı ürək bulanması, qusma, baş ağrısı və başgicəllənməsi, yuxu, qıcolmalar, təngnəfəslik, təzyiqin azalması və s. müşahidə edilir.