Ermənistanda “Bayraktar TB-2” XOFU – “Google”dan ŞOK STATİSTİKAbackend

Ermənistanda “Bayraktar TB-2” XOFU – “Google”dan ŞOK STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarına (PUA) maraq son dövrlərdə daha da artıb. Bu xüsusən də “Bayraktar TB2”nin Azərbaycanın Qarabağ zəfərinə böyük töhfəsindən sonra müşahidə edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, “Google”da Türkiyə istehsalı olan PUA barədə məlumatları son bir ildə ən çox Ermənistanda olan istifadəçilər axtarıb. Ən çox aktivlik isə Azərbaycanla Ermənistan arasında döyüşlərin şiddətləndiyi 4-10 oktyabr tarixlərində müşahidə edilib.

Məlumatda o da vurğulanır ki, “Bayraktar TB-2”yə Yunanıstan və Azərbaycandan olan istifadəçilər də böyük maraq göstəriblər.
Publika.az