Ermənistanda daha bir etiraz aksiyası keçirilirbackend

Ermənistanda daha bir etiraz aksiyası keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir.

NOCOMMENT.az xəbər verir ki, onlarla valideyn İrəvan meriyasının qarşısında övladlarının uşaq bağçalarına qəbulunun uyğunsuz təşkil olunması ilə əlaqədar toplaşıb.

Onlardan biri Lusine Sarkisyan jurnalistlərə bildirib ki, uşaq bağçalarına qəbul məsələsi hələ həll olunmayıb və bunun nə vaxt təşkil ediləcəyi bəlli deyil: “Valideynlər artıq bir ildir ki, əziyyət çəkirlər. İndi karantin yenidən uzadılır, amma uşaq bağçalarına qəbulla bağlı heç bir şey deyilmir”.

Qeyd edək ki, Qarabağ müharibəsindən kapitulyasiya ilə çıxan Ermənistanda siyasi, hərbi və diplomatik sahələrlə yanaşı, sosial-məişət, təhsil, iqtisadiyyat sahələrində də böhran yaşanır. Nə dövlət strukturları, nə də hökumət xalqın heç bir problemi ilə maraqlanmır.

Bunun nəticəsi olaraq kapitulyasiyanın imzalandığı 10 noyabrdan bəri ölkədə müxtəlif tələblərlə kütləvi etiraz aksiyaları keçirilir.
Publika.az