Ermənistanda daha bir hərbçi saxlanıldıbackend

Ermənistanda daha bir hərbçi saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, noyabrın 24-də Ermənistanın Tavuş rayonunda hərbi hissələrin birində müddətdən artıq xidmətdə olan hərbçi Suren Avetisyan başından güllə yarası alaraq ölüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Suren Avetisyanın ölümü ilə bağlı onun xidmət yoldaşı saxlanılıb.

İlkin araşdırmalara görə, Avetisyanın yoldaşı silahla davranış qaydasını pozduğundan sözügedən insident baş verib.

Faktla bağlı cinayət işi başlanılıb və ilkin istintaq əməliyyatları davam etdirilir.