Ermənistanda daha bir mer həbs oluna bilərbackend

Ermənistanda daha bir mer həbs oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Qacaran şəhər meri Manvel Paramazyan İstintaq Komitəsinə çağırılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Paramazyanın saxlanılmasına səbəb onun Paşinyanın istefasını tələb etməsidir.

İstintaq Komitəsindən bildiriblər ki, mer dekabrın 22-də gəlməli idi, ancaq istintaq orqanı ilə əlaqə saxlayaraq gəlişini 23 dekabr tarixinə təxirə salmasını istəyib. İstintaq orqanı onunla razılaşıb.

Öz növbəsində, Manvel Paramazyan çağırış vərəqəsi aldığını, lakin döyüş mövqeyində olduğu üçün İstintaq Komitəsinə gələ bilmədiyini söyləyib: “Altı ay əvvəl baş vermiş dava ilə əlaqədar açılan cinayət işində təqsirləndirilən şəxs kimi dəvət olunmuşam. Məsələ mənə aydın deyil, amma mövcud hakimiyyətdən hər şeyi gözləmək olar”.

Qeyd edək ki, bundan öncə Gorus meri Aruş Aruşanyan da saxlanılmışdı.