Ermənistanda delimitasiyaya ETİRAZ – Avtomobil yolları bağlandıbackend

Ermənistanda delimitasiyaya ETİRAZ – Avtomobil yolları bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan mətbuatına yayılan xəbərlərə görə İrəvan-Meğri avtomobil yolunun Tiqranaşen hissəsi, eyni zamanda, İrəvan-Sevan avtomagistralının Martunidən keçən hissəsi bağlanıb.

Bundan başqa Şirak vilayətində vətəndaşlar İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar. Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsindən də avtomobillərin keçidi mümkün deyil.

Vətəndaşlar bununla Tavuşda, Qazaxla sərhəddə delimitasiya prosesinə etirazlarını nümayiş etdirirlər.Paytaxt İrəvanın mərkəzində də Tavuş sakinlərinə dəstək əlaməti olaraq yolların bağlandığı bildirilir.