Ermənistanda deputatın oğlu saxlanılıb – FOTObackend

Ermənistanda deputatın oğlu saxlanılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Sergey Baqratyanın oğlu Şant Baqratyan Vayots Dzor bölgəsində 45 yaşlı kişini döyərək xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə “shamshyan.com” saytı məlumat yayıb.

Saytın məlumatına görə, aprelin 2-də saat 17:30-18:00 radələrində naməlum şəxslər Tamsar yanacaqdoldurma məntəqəsinin direktoru Vaqe Asatryanın ofisinə soxularaq onu döyməyə başlayıblar. Həmin şəxslərdən biri, 27 yaşlı Baqratyan kişini metal dəyənəklə vurub.

Faktla bağlı cinayət işi başlanıb.

Aprelin 18-də istintaq orqanı Baqratyanın 2 ay müddətinə həbs olunması üçün müraciət etmək niyyətindədir.