Ermənistanda əsir ailələrini İNCİDİRLƏRbackend

Ermənistanda əsir ailələrini İNCİDİRLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda noyabrın 16-da Zəngəzur istiqamətində əsir düşən hərbçilərin maaşlarının bir hissəsinin köçürülməməsi, üstəlik dövlət tərəfindən ailələrə kompensasiya məbləğinin (hər birinə 300.000 dram birdəfəlik) ödənilməməsi ciddi etirazlara səbəb olub.

NOCOMMENT.az-ın məlumatına görə, əsirlikdə olan müqaviləli əsgərlərin həyat yoldaşları Ermənistan KİV-lərinə bildiriblər ki, Müdafiə Nazirliyi onlarla sayğısız davranır, qurum ailələrə maddi dəstəyi ləngidir.

“Həyat yoldaşlarımız noyabrın maaşının yarısını yolda alıblar. Ayın 16-da əsir götürülüblər. Ayın 23-də 63 min dram almalı idilər, vermədilər. Dekabrın 3-də daha 180 min dram almalı idilər, amma 130 min dram verdilər, amma bilmirik ki, bu hansı hesabdan idi. Əsir düşəndən sonra birdəfəlik 300 min dram ödənməli idi, lakin dövlət onların əsir olduqlarını təsdiqləmir. “Qırmızı Xaç” təsdiq etdi, amma bizə Müdafiə Nazirliyi tərəfindən rəsmi zəng gəlmir, deyirlər oğlunuz dustaqdır, təsdiqlənib. “Qırmızı Xaç”ın nümayəndəsi deyir ki, onları Bakıda görüb, danışıblar. Müdafiə Nazirliyi ödəniş etməmək üçün əsir olanları təsdiqləməyi gecikdirirlər”.

Yaxınlarının bildirdiyinə görə, Brüsseldə keçirilən Paşinyan-Mişel-Əliyev görüşündən sonra əsirlər noyabrın 16-da vətənə qayıtmalı idilər, lakin yaxınlarının hələ də prosesdən xəbəri yoxdur.

“Söhbət var idi ki, əsirlərin geri qaytarılması ilə bağlı razılaşma var, onlar bizə konkret heç nə deməyiblər. İndiyə qədər kimə zəng vursaq, cavab vermirlər. Görüşdən bir neçə gün keçib, heç bir məlumat yoxdur. Biz əlaqə saxlamağa çalışırıq, amma alınmır və Müdafiə Nazirliyindən, hökumətdən məlumat ala bilmirik”,-əsir ailələri bildiriblər.
modern.az