Ermənistan polisi Dağlıq Qarabağa dəstək məqsədilə vətəndaş itaətsizliyi aksiyası çərçivəsində Ermənistan paytaxtının küçələrini bağlayan vətəndaşları dağıtmaq üçün fiziki güc tətbiq edib.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda nümayişləri dağıtmaq üçün İrəvanın müxtəlif küçələrinə qara və qırmızı beret geyinmiş çox sayda polis əməkdaşının gətirildiyi görünür.
Qeyd edək ki,İrəvan Respublika meydanına toplaşan etirazçılar müxtəlif istiqamətlərdə dağılaraq Yerevanın küçələrini bağlayıb və nəqliyyatın hərəkətini iflic edib.