Ermənistanda etirazlar – Hökumət binasının yaxınlığında…backend

Ermənistanda etirazlar – Hökumət binasının yaxınlığında…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda etirazlar səngimir.

NOCOMMENT.az xəbər verir ki, aksiya iştirakçıları yolları bağlayıblar. Hökumət binasının yaxınlığındakı əraziyə polis qüvvələri yerləşdirilib. Bu gün 3 nəfər saxlanılıb.

Xatırladaq ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası prosesinə başlamaq barədə razılığa gələndən sonra aprelin 20-dən başlayaraq Paşinyana qarşı etiraz aksiyaları keçirilir.

Onlar iki ölkə arasında sərhəd dirəklərinin quraşdırılmasına, Qazağın işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə əngəl olmağa cəhd edirlər. Etirazçıların əsas qüvvəsi isə revanşist kütlədən təşkil olunub.