Ermənistanda fövqəladə vəziyyət rejimi yenidən uzadılacaqbackend

Ermənistanda fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti pandemiya ilə bağlı tətbiq edilmiş fövqəladə vəziyyət rejimini uzatmaq niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan brifinqdə bildirib.

Baş nazir Fövqəladə vəziyyətin müddətini uzatmaq üçün hüquqi vasitələrin olmadığını qeyd edib. O, epidemiologiya vəziyyətinə görə bunun ən azı bir dəfə uzadılacağını bildirib.

“Təəssüf ki, sabah 800, 900, 1000 yoluxma halı ilə üzləşməyəcəyimizə hər hansı zəmanət yoxdur. Yeganə zəmanət hər birimizin davranışıdır. Hər kəs ümumi vəziyyətə təsir edə biləcəyini dərk etməlidir”, – baş nazir vurğulayıb.

Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət rejimi iyul ayının 13-də başa çatır.