Ermənistanda hərbi vəziyyət rejimi sərtləşdirildibackend

Ermənistanda hərbi vəziyyət rejimi sərtləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş Naziri Nikol Paşinyan ölkədə hərbi vəziyyətin tətbiq edilməsi haqqında qanunda dəyişiklik olunması barədə qərara imza atıb.

NOCOMMENT yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Yeni qaydalara əsasən, dövlət orqanlarının, yerli hakimiyyət orqanlarının və hərbi vəziyyəti təmin edən digər vəzifəli şəxslərin fəaliyyətlərini tənqid edən, təkzib edən, onların effektivliyinə şübhə edən və ya başqa bir şəkildə dəyərdən salan ifadələrin dərc edilməsi qadağandır.

Bu dəyişikliklərə görə, Ermənistanın təhlükəsizliyinə qarşı kampaniya aparmaq, o cümlədən müdafiə qabiliyyətini sual altında qoyan verilişlərin yayımlanması da qadağandır.

Qaydalara əməl olunmasına Ermənistan polisi nəzarət edəcək.