Ermənistanda hökumətin iclası TƏXİRƏ SALINDI – SƏBƏBbackend

Ermənistanda hökumətin iclası TƏXİRƏ SALINDISƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökumətinin iclası təxirə salınıb.

NOCOMMENT.az xəbər verir ki, məlumatı ölkənin Nazirlər Kabineti yayıb. Səbəb bu gün keşiş Baqratın başçılığı altında yürüşün hökumətin binası qarşısında keçiriləcəyidir. Həmin ərazidə polis əməkdaşlarının sayının artacağı gözlənilir.

Bu arada, ötən gün parlament binasının qarşısındakı etiraz aksiyasından sonra 101 vətəndaş tibbi yardım üçün müraciət edib. 85 nəfər artıq xəstəxanadan buraxılıb, 16-sı müşahidə altında saxlanılıb.

Qeyd edək ki, aprelin 19-da Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Keşiş Baqrat Qalstanyan yaranan fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat həmçinin baş nazirin istefasını tələb edir.