Ermənistanda iki hərbçi həbs edilibbackend

Ermənistanda iki hərbçi həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi, 1992-ci il təvəllüdlü Gevork Avetyanın ölümü ilə bağlı cinayət işi ilə əlaqədər onun iki əsgər yoldaşı həbs edilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abramyan feysbukda məlumat verib.

Bəzi yerli KİV ölən əsgərin valideynlərinə istinadən onun bədənində zorakılıq izlərinin tapıldığını yazmışdılar. Yalnız bundan sonra prokurorluq insidenti araşdırmağa başlamışdı. Abramyan əmin edib ki, prokurorluq araşdırmaların qanuniliyinə nəzarəti təmin edəcək və nəticələrini açıqlayacaq.