Ermənistanda istefa dalğası davam edirbackend

Ermənistanda istefa dalğası davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın patrul və qarovul xidməti (“qırmızı beretlər”) xüsusi taborunun komandir müavini Xaçatur Tovmasyan səlahiyyətlilərin hərəkətlərinə etiraz olaraq istefa verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Daşnaksutyun partiyasının nümayəndəsi Qeqam Manukyan müxalifətin bu gün keçirilən mitinqində açıqlama verib. Manukyan mitinq zamanı Tovmasyanın müraciətini aksiya iştirakçıları üçün oxuyub.

Xaçatur Tovmasyan müraciətində insani və mənəvi dəyərlərin onun üçün vacib olduğunu və hiyləgər və özünə hörmət etməyən bir hökumətə, məsuliyyətsiz insanlara xidmət etməyin mümkünsüz olduğunu bildirib.

Müraciətin sonunda keçmiş komandir bildirib ki, “xalqa qoşulur və həmkarlarını da onun kimi addım atmağa çağırıb”.