Ermənistanda itkin düşmüş hərbçi hələ də tapılmayıbbackend

Ermənistanda itkin düşmüş hərbçi hələ də tapılmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun bir aydan çoxdur itkin düşmüş hərbi qulluqçusu Norik Mkrtçyan hələ də tapılmayıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, faktla bağlı cinayət işi qaldırılıb.

“Müvafiq orqanların axtarışları davam edir. Bizi 90 % əmin edirlər ki, o, əsir deyil, Norik Ermənistan ərazisindədir, amma harada olduğunu bilmirik. Cinayət işi qaldırılıb, o, iş çərçivəsində axtarışa verilib. Amma fakt odur ki, oğlan yoxdur”, – deyə Tavuş əyalətinin Noemberyan rayonunun Koxb kəndinin başçısı Arsen Ağababyan bildirib.

Onun sözlərinə görə, Norik hərbi hissəni tərk etdikdən sonra evdə görünməyib. O, cəmi 3 ay xidmət edib.

Xatırladaq ki, hadisə Vardenisdəki hərbi hissədə, mayın 18-də olub. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Norik Mkrtçyan hərbi hissəni tərk edib və yoxa çıxıb.