Ermənistanda kapitulyasiya ifadəsi qadağan edilirbackend

Ermənistanda kapitulyasiya ifadəsi qadağan edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Paşinyan hakimiyyəti Qarabağ barədə danışarkən “kapitulyasiya” ifadəsinin işlədilməsini qadağan etmək istəyir.

NOCOMMENT erməni mediasına istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən fövqəladə iclasında hakim “Mənim Addımım” fraksiyasının deputatı Ovannes İgityan deyib ki, çıxışlar zamanı “kapitulyasiya” ifadəsi işlədilməməlidir. “Çünki düşmən bunu eşidə bilər. Bu, təslim olmaq deyil, razılaşmaqdır”, – deyə o bildirib.

Ermənistan mediası yazır ki, bu ifadə əslində Baş nazir Nikol Paşinyana məxsusdur. O canlı yayımların birində bu ifadəni 10 dəfədən çox işlədib.