Ermənistanda keçmiş baş qərargah rəisi yeni cinayətdə ittiham olunurbackend

Ermənistanda keçmiş baş qərargah rəisi yeni cinayətdə ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyana qarşı yeni cinayət işi açılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

İttihama görə, Akopyanın səhlənkarlığı nəticəsində 9 il əvvəl Rusiyadan Ermənistana yararsız hərbi texnika gətirilib.

Akopyanla yanaşı, Silahlı Qüvvələrin Raket Qoşunları və Artilleriya Baş İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan da ittiham olunur.

Müqaviləni Movses Akopyan imzalayıb. Nəticədə 4,3 milyard dramdan artıq hərbi texnika alınıb.