Ermənistanda keçmiş hərbçilər etiraz aksiyalarına başlayırlarbackend

Ermənistanda keçmiş hərbçilər etiraz aksiyalarına başlayırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda ehtiyatda olan hərbçilər martın 6-da ölkənin Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirəcəklər.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə bir qrup keçmiş hərbçinin müraciətində bildirilib.

Məqsəd baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyana dəstək verməkdir.

Onlar Ermənistan ordusunun veteranlarını, keçmiş hərbçiləri mitinqdə iştirak etməyə çağırıblar.