Ermənistan ordusunun 5-ci korpusunun keçmiş komandiri, polkovnik Sasun Badasyan vəzifə saxtakarlığında ittiham olunur.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Johovurd” qəzeti məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin sentyabrında vəzifəsindən çıxarılan Badasyan barəsində həmin vaxt hərbçilərin attestasiya prosesinə qanunsuz müdaxilə ittihamı ilə cinayət işi qaldırılıb.
Son günlər üzə çıxan faktlar onun 44 günlük müharibə dövründə tabeliyindəki iki zabitlə birlikdə daha bir hərbçinin attestasiyadan keçdiyinə dair saxta məlumat hazırlayaraq yenidən vəzifə saxtakarlığı törətdiyini göstərir.