Ermənistanda keçmiş nazirin ölkədən çıxışına icazə verilməyibbackend

Ermənistanda keçmiş nazirin ölkədən çıxışına icazə verilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyanın ölkədən çıxışına icazə verilməyib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Bildirilib ki, oğlu ilə birlikdə ABŞ-yə getmək istəyən eks-nazir hava limanından geri qaytarılıb. Buna səbəb kimi məhkəmənin onun Ermənistanı tərk etməsinə qoyduğu qadağa göstərilib.

Qeyd edək ki, fevralın 14-də işdən çıxarılan V. Kerobyan dövlət tenderinin keçirilməsi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.