Ermənistanda məclis sədri mühafizəçilərinin sayını artırdıbackend

Ermənistanda məclis sədri mühafizəçilərinin sayını artırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan növbəti dəfə döyüldükdən sonra şəxsi mühafizəçilərinin sayını 4 dəfə artırıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Ararat Mirzoyanı indi 2 yox, 8 mühafizəçi qoruyur. 10 noyabr kaputilyasiya aktından sonra 2 dəfə vətəndaşların hücumuna məruz qalan Mirzoyan mühafizəçilərinin sayını artırmağa qərar verib. “Hraparak”ın iddialarına görə, spikerin yeni mühafizəçiləri dövlət büdcəsindən maliyyələşdiriləcək. Bu isə sosial şəbəkələrdə etirazla qarşılanıb.

“Hayeli” nəşri isə Ermənistan parlamentinin spikerinin hər gün onlarla təhdid aldığını, hər yerdə izlənildiyini bildirib.