Ermənistanda müəllim və şagirdlər yolu bağlayaraq etiraz aksiyası keçiriblərbackend

Ermənistanda müəllim və şagirdlər yolu bağlayaraq etiraz aksiyası keçiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Armavir Regional Dövlət Kollecinin professor və şagirdləri təhsil müəssisəsinin rəhbərliyinin fəaliyyətinə etiraz əlaməti olaraq Gümrü-İrəvan magistral yolunu bağlayıblar.

NOCOMMENT report-a istinadən xəbər verir ki, kollecin iqtisadiyyat kafedrasının müdiri, müəllim Taquhi Ovakimyan bildirib ki, dünən kollecin bir neçə əməkdaşı işdən çıxarılıb.

Bunlar direktorun tərbiyə işləri üzrə müavini, təcrübə rəhbəri, gündüz şöbəsinin müdiri, biri hüquq kafedrasının müdiri olan iki müəllimdir.

Taquhi Ovakimyanın sözlərinə görə, sabah (bu gün – red) onun özünü də işdən çıxaracaqlar.

Qeyd edək ki, avqustun 24-dən kollecdə tətil formalı etiraz aksiyaları keçirilir. Müəllimlər kollecin direktoru Angin Arşakyanın işdən çıxarılmasını tələb edirlər. Onların sözlərinə görə, Arşakyan vəzifəsindən sui-istifadə edib və kollecin vəsaitini səmərəsiz xərcləyib.