Ermənistanda müqaviləli hərbi xidmətə keçid sistemi təsdiqləndibackend

Ermənistanda müqaviləli hərbi xidmətə keçid sistemi təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna icbari hərbi xidmətdən müqaviləli xidmətə keçidin yeni sistemini nəzərdə tutan dəyişiklik edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın sözlərinə görə, 6 aylıq məcburi hərbi xidmət müddəti başa çatdıqdan sonra hərbçi 5 il müddətinə müqaviləli hərbi xidmətə keçə bilər. Bu zaman komandanlığın müsbət rəyi də əsas götürüləcək.

Müqavilənin müddəti başa çatdıqdan sonra və ya sağlamlıq səbəbi ilə xidmət dayandırıldıqda hərbçi 5 milyon dram (təxminən 12 000 ABŞ dolları) məbləğində fəxri ödəniş alacaq.

Müqaviləli hərbi qulluqçular attestasiyadan keçəcəklər.