Ermənistanda nazir istefa veribbackend

Ermənistanda nazir istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın yüksək texnologiya sənayesi naziri Akop Arşakyan istefa verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, o, bu barədə özünün feysbuk proilində yazıb və bildirib ki, nazir postunda sonuncu iş günüdür.

“Ermənistan vətəndaşı olaraq bir məmurun başqa bir vətəndaşa qarşı güc tətbiqini qəbuledilməz hesab edirəm. Şiddət olmadan bir cəmiyyət qurma yolu ilə getməliyik”, – deyə Arşakyan yazıb.

Nazir ölkəni beynəlxalq aləmdə təmsil edən yüksək səviyyəli bir məmur kimi cəmiyyət üçün nümunə göstərilməyə borclu olduğunu vurğulayıb.

“İstefamla, həm psixoloji, həm də fiziki cəhətdən şiddətdən imtina etdiyimi bildirirəm. Ümid edirəm ki, baş verənlər cəmiyyətimiz üçün bir ibrət dərsi olacaq, hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı haqqını bir az daha çox sevəcəyik və hörmət edəcəyik”, – deyə Arşakyan vurğulayıb.

Sonda baş nazirə təşşəkür edən A.Arşakyan könüllü olaraq istefa ərizəsi yazdığını da açıqlayıb.

Xatırladaq ki, nazir paytaxtın kafelərindən birində ona sual ünvanlayan jurnalistə güc tətbiq etməsi ilə gündəmə gəlmişdi…