Ermənistanda nazir müavini işdən çıxarıldı – VİDEObackend

Ermənistanda nazir müavini işdən çıxarıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Narine Xaçaturyanı (Tuxikyan) tutduğu vəzifədən azad edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə hökumətin saytında baş nazirin sərəncamı dərc olunub.

Nazir müavini işdən çıxarılmasının səbəbini hələ açıqlamayıb. Amma deyilənlərə görə, buna dünən İrəvanda Rəssamlar İttifaqında baş tutan sərgidə yaşanan qalmaqal səbəb olub. Belə ki, sərgi zamanı jurnalist nazir müavinindən müsahibə götürərkən, ziyarətçilərdən biri jurnalistə yaxınlaşıb və onu müsahibəni dayandırmağa çağırıb. Ziyarətçinin fikrincə, nazir müavini onun ölkəsini və xalqını satan rejimin bir hissəsidir. Narine Xaçaturyan ziyarətçinin sözlərini kəsməyib və sadəcə – “Ermənistan azad ölkədir və hər bir vətəndaşın öz rəyi ola bilər”, – cavabını verib…

Qeyd edək ki, Xaçaturyan 2020-ci il iyunun 11-də bu vəzifəyə təyin edilmişdi. Bundan əvvəl hakim Mənim addımım blokundan deputat olub. O, deputat mandatından imtina edərək hökumətdə işləməyə başlayıb. Onun parlamentdəki yerini Artur Ovannisyan tutub. Narine Xaçaturyan deputat olmazdan əvvəl Ovnes Tumanyan adına muzeyin direktoru işləyib.