Ermənistanda nazirin avtomobili qəza törədib, bir nəfər ağır yaralanıbbackend

Ermənistanda nazirin avtomobili qəza törədib, bir nəfər ağır yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ərazi idarəetmə naziri səlahiyyətlərini icra edən Suren Papikyanın “Toyota” markalı xidməti avtomobilinin Ararat vilayətinin Surenavan kəndində “Niva” markalı maşınla toqquşması nəticəsində 14 yaşlı oğlan yaralanıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, “Niva”nı yeniyetmə idarə edirmiş.

Onun komada olduğu bildirilir.

Kəndin icra nümayəndəsi Karo Karapetyan deyib ki, hadisə zamanı Suren Papikyan avtomobildə olmayıb.