Ermənistanda növbəti siyasi təlatüm: Qarabağ klanının iflasıbackend

Ermənistanda növbəti siyasi təlatüm: Qarabağ klanının iflası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda daxili vəziyyət gərginləşir. Daha çox hərbi canilərin toplaşdığı revanşistlər Nikol Paşinyana qarşı mümkün təzyiq vasitələrindən maksimum yararlanmağa çalışırlar.

Erməni müxalifəti N.Paşinyanın Azərbaycan və Türkiyə ilə bağlı apardığı siyasəti hədəfə çevirib. Ermənistan parlamentində yaşanan son olaylar da bunun açıq təsdiqidir. Çünki indiki iqtidar Ermənistanın xilasını Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında görür. Müxalifət isə əslində heç bir konsepsiya olmadan Paşinyan hakimiyyətini satqınçılıqda, xəyanətdə ittiham edir.

NOCOMMENT xəbər verir ki, bunu teleqraf-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Paşinyan faktiki olaraq, Azərbaycanın irəli sürdüyü 5 prinsip üzrə danışıqların aparılmasına razıdır: “Bu prinsiplər isə beynəlxalq hüquqa uyğun olaraq dövlətlərinin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanınması və hörmətlə yanaşmanı özündə ehtiva edir. Bütün bunlara baxmayaraq, bu gün Ermənistanın düşdüyü ağır durumdan çıxarmaq istiqamətində atılan addımlara daxili müxalifət qarşı çıxır. Amma faktiki olaraq Ermənistan Vətən partiyasının lideri A.Vanetsyanın etirazları real sosial bazaya əsaslanmır. Çünki Vanetsyanın bu “aksiya”dan əvvəl Moskvada 5-ci dərəcəli “məmurlarla” görüşüb mühüm təlimatlar aldığı da diqqətdən kənarda qalmayıb. Məqsədləri sözsüz ki, erməni ictimai rəyini yoxlamaq idi. Bu mənada faktiki olaraq aksiyaya 5-10 nəfərin çıxması Ermənistanda revanşistlərin növbəti iflası kimi yadda qaldı”.

Millət vəkili hesab edir ki, Paşinyan Azərbaycanla danışıqları Prezident İlham Əliyevin irəli sürdüyü 5 prinsip üzrə aparmasına razılıq verib: “Erməni cəmiyyəti isə Vanetsyanın arxasında dayanmış keçmiş prezidentlər, R.Köçəryan, S.Sərkisyan və ümumən rüşvətxor “Qarabağ erməniləri klanından” bezib. Ona görə də bu gün erməni cəmiyyətində hərbi canilərə və onların üzv olduğu siyasi partiyalara dəstək yoxdur”.

Cavid Osmanov ATƏT-in “Minsk qrupu” ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib: “Artıq “Dağlıq Qarabağ” bölgəsi, “Dağlıq Qarabağ münaqişəsi” olmadığı kimi, bu məsələlərin həlli ilə “məşğul” olan ATƏT-in “Minsk qrupu”u da yoxdur. De-fakto onlar özlərini buraxıblar. ABŞ nümayəndəsi, Rusiya təmsilçisi artıq özlərini “həmsədr” kimi təqdim etmir. Fransa da öz nümayəndəsinin səfəri ilə bağlı Azərbaycan tərəfinə təqdim etdiyi müraciətdə “həmsədr” ifadəsini işlətməyib. Bu isə faktiki olaraq “Minsk qrupu”nun arxivə göndərildiyinin növbəti təzahürüdür”.