Ermənistanda ölənlərin sayı kəskin ARTIBbackend

Ermənistanda ölənlərin sayı kəskin ARTIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-oktyabr aylarında Ermənistanda 27136 nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-oktyabr aylarında ölənlərin sayı 25520 nəfər təşkil edib, 2019-cu ildə 21603 nəfər ölüb. Məlum olur ki, ölənlərin sayı 1616 nəfər artıb.

Rəsmi məlumatlara görə, bu ilin yanvar-oktyabr aylarından 3755 nəfər COVID-19-dan ölüb, ötən ilin eyni dövründə 1431 ölüm halı qeydə alınıb.

Ermənistanda COVID-19-dan oktyabrda 794, sentyabrda 427, avqustda isə 203 nəfər ölüb. Yalnız 227 ölüm hadisəsi Qarabağ müharibəsi nəticəsində qeydə alınan ölüm halıdır.

Modern