Ermənistanda Paşinyanın əleyhdarları saxlanıldılarbackend

Ermənistanda Paşinyanın əleyhdarları saxlanıldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) bu dövlət qurumunun keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanesyanı, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanı, keçmiş vitse-spiker Eduard Şarmazanovun mətbuat katibi Ara Saakyanı saxlayıb.

Bu barədə NOCOMMENT erməni mətbuatına istinadən xəbər verir.

Xatırladaq ki, Tsarukyan baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqin əvvəlində, Şarmazanov və Vanesyan isə mitinqdən sonra saxlanılıb.

Qeyd edək ki, Vanesyan bir sıra cinayət əməllərinin törədilməsində şübhəli bilinir.