Ermənistanda polkovnik həbs edildibackend

Ermənistanda polkovnik həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda polis polkovniki Sayat Şirinyan ictimaiyyətə çağırış və zorakı addımlar, irqçilik və s. maddələr əsasında həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir.

Onun vəkili Aram Vardenyan isə polkovnikin həbsini şou adlandırıb:

“Arabkir bölməsində biabırçı səhnələr baş verdi. Hazırda qanunsuzluqları təqdim etmək istəmirəm, lakin əmin olun ki, cəzalandırılacaq. Dünən saat 18:30 radələrində Şirinyanın istintaq orqanına çağırılmasına baxmayaraq, həbs qərarının verilməsi ilə qanuni rüsvayçılıq davam edir. Digər bir siyasi təqib… Həbslə bağlı şikayət ediləcək”, – deyə vəkil bildirib.

Qeyd edək ki, S.Şirinyan sosial şəbəkə hesabındakı paylaşımında müxalifəti daha sərt tədbirlərə çağırıb. Bildirib ki, bu prosesin qan tökülmədən uğurla yekunlaşması mümkün deyil.
Axar.az